AAYDA-nın avtomobili qəzaya düşdü

AAYDA-nın avtomobili qəzaya düşdü

Hazırda oxunan: AAYDA-nın avtomobili qəzaya düşdü

7482

Bakıda yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda "Kia" markalı minik avtomobilinin UAZ markalı yük avtomobilinə çırpılması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, UAZ markalı avtomobilin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus olduğu bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO