ABŞ Senatı Ukraynaya 40 milyardlıq yardımı bu tarixdə təsdiqləyə bilər

ABŞ Senatı Ukraynaya 40 milyardlıq yardımı bu tarixdə təsdiqləyə bilər

Hazırda oxunan: ABŞ Senatı Ukraynaya 40 milyardlıq yardımı bu tarixdə təsdiqləyə bilər

74768

Ukraynaya yeni 40,1 milyard dollarlıq yardım paketi ABŞ Senatında prosedur səsverməsindən keçib və çərşənbə günü gözlənilən təşəbbüs üzrə yekun səsvermə keçirilib.  

Bizim.Media xəbər verir ki, səsvermə qanunverici orqanın yuxarı palatasının saytında yayımlanıb.

81 senator lehinə, 11 deputat isə əleyhinə səs verib. Beləliklə, paketin müzakirəsi üçün ayrılan vaxt 30 saatla məhdudlaşdırılıb.

Gözlənildiyi kimi, mayın 18-də senatorların əksəriyyəti təşəbbüsü təsdiq edəcək, ardınca isə ABŞ prezidenti Co Bayden qərarı imzalayacaq.  
Qeyd edək ki, ötən həftə ABŞ Konqresinin Nümayəndələr palatası Ukraynaya 40 milyard dollarlıq yardım paketini təsdiqləyib. Nümayəndələr Palatasında Ukrayna xərcləri haqqında qanun layihəsinin lehinə 368, əleyhinə 57 səs verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO