Sabah 28 dərəcə isti olacaq - PROQNOZ

Sabah 28 dərəcə isti olacaq - PROQNOZ

Hazırda oxunan: Sabah 28 dərəcə isti olacaq - PROQNOZ

74764

Mayın 18-nə gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal küləyi günün ikinci yarısında mülayim cənub küləyi ilə əvəz olunacaq. 
Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-24° isti, Bakıdagecə 12-14° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq. 

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. 
Havanın temperaturu gecə 12-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO