“Paşinyanın sinir sistemi pozulub, müalicəyə ehtiyacı var” – Partiya sədrindən açıqlama

“Paşinyanın sinir sistemi pozulub, müalicəyə ehtiyacı var” – Partiya sədrindən açıqlama

Hazırda oxunan: “Paşinyanın sinir sistemi pozulub, müalicəyə ehtiyacı var” – Partiya sədrindən açıqlama

7476

“Ermənistanın uğursuz diplomatik fəaliyyətinin arxasında bu ölkənin qəsbkar siyasəti dayanır. Beynəlxalq hüquq normalarını çeynəyərək hərbi müttəfiqinin köməkliyi ilə başqa dövlətin torpaqlarını işğal etmək, bu işğala don geyindirmək üçün təşəbbüslər göstərmək əvvəlcədən rəsmi İrəvanın uğursuz siyasi xəttinin, pis niyyətlərinin olmasından xəbər verir. Belə bir siyasətin müsbət nəticəsini gözləmək də düzgün olmazdı”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Vətəndaş və İnkişaf partiyasının sədri Əli Əliyev dedi. 

Paşinyanın yazdığı məqalədə “23 illik danışıqlar prosesində Ermənistanın uğuru yalnız vaxt udmaq olub” kimi fikirlərini şərh edən partiya sədri vurğuladı ki, ermənilərin bu işğal faktorunu rəsmiləşdirməkdən savayı çıxış yolu yox idi:

“Onlar öz diasporları vasitəsilə çalışırdılar ki, Fransa-ABŞ kimi dövlətlərin yardımı ilə münaqişəni dondurulmuş halda saxlasınlar”.

Əli Əliyev onu da qeyd etdi ki, situasiyaya ən çox təsir edən məqamlardan biri də Rusiya-Dünya qarşıdurması oldu:

“Baxın, anqlosaksların qurduqları dövlətlərdən Bakıya etiraz gəlmədiyi sezilirdi. Böyük Britaniya, ABŞ kimi dövlətlər susdu. Kanadanın da maneəsi yalnız bayraktarlara kamera satışının dayandırılması oldu. Bu baxımdan dövrün ermənilərin seçdiyi siyasi xəttə uyğun olmadığını desək, daha düzgün olar”. 

O, Ermənistan Baş nazirinin Rusiyanın savaşa qarışmaması ilə bağlı məqalədəki səbəblərini tutarlı hesab etmədi və əsas faktor kimi Türkiyənin adını çəkdi.

Partiya sədri Paşinyanın aprel döyüşlərinə işarə edərək “2016-cı ildə Azərbaycandan tərpənən qatarın qarşısını ala bilmədik” fikri haqda bunları bildirdi: 

“2016-cı ildə Türkiyə demək olar ki, heç bir addım atmadı. Və həmin tarixin Türkiyəsi ilə indiki Türkiyə arasında fərq var. Diqqət edin, Türkiyə Rusiya işğalından müdafiə üçün Polşaya hərbi qüvvə göndərdi. Görün NATO çərçivəsində Ankara hansı addımları atır?! 44 günlük savaş ərzində Türkiyə Ukrayna ilə hərbi saziş imzaladı, Gürcüstanla hərbi əməkdaşlığı dərinləşdirdi. Əslində bu addımlar Rusiyanı qıcıqlandırmalı idi. Ankara postsovet məkanında bir növ NATO maraqlarının qorunmasını təmin edir. Türkiyə çəkindirici faktor olmasa idi, Azərbaycan üçün çox çətin olacaqdı”.

Azərbaycan ordusunun Ermənistan qoşunlarından müqayisə olunmaz dərəcədə güclü olduğunun hamıya bəlli olduğunu deyən Əli Əliyev əlavə etdi ki, Ermənistanı ayaqda saxlayan, onlara Qarabağı işğal etməyə kömək edən və torpaqların Azərbaycan tərəfindən geri qaytarılmasının qarşısında duran faktor Rusiya idi.

Ermənistan liderinin məqalədəki təzadlı fikirlərinə toxunan partiya sədri bunu Paşinyanın travmatik şokdan çıxmadığı ilə izah etdi: 

“Paşinyan böyük sarsıntı aldı, təbabəti bilən adam kimi deyə bilərəm ki, Nikolun sinir sistemi dayanıqlı deyil. Müharibə zamanı onun davranışları, müxtəlif pis vəziyyətlərə düşməsi göstərir ki, sinir sistemi zəif olan insandır. Ondan əvvəlkilər – Köçəryan, Sarqsyan isə quldur idilər. Savaş bitsə də, Paşinyan hələ də şokdan çıxa bilməyib, gic-gic danışır”. 

Müsahibimiz Paşinyanın danışdığı mövzuları mənasız adlandırdı. 

“Bunlar odu söndürüb, közlə oynayırlar. Etiraf etməlidirlər ki, Azərbaycan Ordusu qüvvətli idi. Azərbaycan-Türkiyə ittifaqı Ermənistan-Rusiya ittifaqından güclü idi. Türkiyə qaynar fazaya daxil olmasa da, Ankaranın texniki və digər faktorlarla yanımızda olması məsələnin gedişinə təsir etdi”. 

Əli Əliyev düşünür ki, müharibə şokunun travmasından hələ ayıla bilməyən Paşinyan belə strateji qiymətləndirmələrə tələsməli deyildi. 

“Onun bir qədər müalicəyə ehtiyacı var” deyə partiya sədri fikrini belə tamamladı.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO