Pakistan Milli Assambleyasının sədri Bakıdadır - FOTO

Pakistan Milli Assambleyasının sədri Bakıdadır - FOTO

Hazırda oxunan: Pakistan Milli Assambleyasının sədri Bakıdadır - FOTO

74612

Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəfin rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak etmək üçün mayın 16-da Azərbaycana səfərə gəlib.

Bizim.Media xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Raca Pərviz Əşrəfin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Pakistan Milli Assambleyasının sədrini Azərbaycan Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Mahir Abbaszadə və digər rəsmi şəxslər qarşılayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO