Lukaşenko: “Qərb Rusiyanı zəiflətmək üçün Ukraynadakı münaqişəni uzatmaq istəyir”

Lukaşenko: “Qərb Rusiyanı zəiflətmək üçün Ukraynadakı münaqişəni uzatmaq istəyir”

Hazırda oxunan: Lukaşenko: “Qərb Rusiyanı zəiflətmək üçün Ukraynadakı münaqişəni uzatmaq istəyir”

74609

Qərb Rusiyanı zəiflətmək üçün Ukraynadakı münaqişəni uzatmaq istəyir.

Bizim.Media xəbər verir ki, bu fikirləri Belarus prezidenti Aleksandr Lukaşenko KTMT-yə üzv dövlət başçılarının Moskvada keçirilən sammiti zamanı səsləndirib. 

“Hələlik Qərbdə, o cümlədən Vaşinqtonda biz ancaq münaqişəni mümkün qədər uzatmaq istəyini görürük”, - Lukaşenko bildirib.

“Bu halda KTMT necə hərəkət etməlidir? Belarus və Rusiyaya böhtan atırlar və beynəlxalq təşkilatlardan uzaqlaşdırırlar. Əgər biz dərhal vahid cəbhə kimi çıxış etsəydik, bu sanksiyalar olmayacaqdı”, deyə o, qeyd edib.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrini Kiyevə “döyüş meydanında qələbə qazanmağa” kömək etmək üçün Ukraynaya hərbi yardımın həcmini artırmağa davam etməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO