Türkiyədə azərbaycanlılar saxlanıldı – SƏBƏBİ BUDUR

Türkiyədə azərbaycanlılar saxlanıldı – SƏBƏBİ BUDUR

Hazırda oxunan: Türkiyədə azərbaycanlılar saxlanıldı – SƏBƏBİ BUDUR

74576

Türkiyə ABŞ və Avropanın nüfuzlu universitetlərinə qəbul olmaq üçün beynəlxalq SAT (Scholastic Aptitude Test) imtahanlarının nəticələrini satan qrupu həbs edib. Qrupa iranlılarla yanaşı, Azərbaycan vətəndaşları da daxildir. Polis artıq altı nəfəri saxlayıb.

Məlum olub ki, imtahandan əvvəl qrup üzvləri cavabları 2-3 min dollara satmağa cəhd ediblər. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb.

İstintaqın məlumatına görə, mayın 7-də Türkiyənin Maliyyə Cinayətləri ilə Mübarizə Qurumuna OSTİM Texnologiya Universiteti, Ankaradakı Beştəpə Kolleci və TOBB Universitetində imtahanlar ərəfəsində SAT testlərinin cavablarının 2-3 min dollara satılacağı barədə məlumat daxil olub.
Türkiyə Maliyyə Cinayətləri İdarəsi müəyyən edib ki, imtahan sualları Azərbaycan vətəndaşları - Cahid və Əli A. tərəfindən Türkiyəyə gətirilib və “karantin” adlanan evlərdə paylanıb.

Dərhal araşdırmaya başlanılıb. Bu evlərdə ingilis dilindən imtahanlar üçün 11 ədəd “fırıldaqçı vərəq”, ingilis dilindən 55 səhifəlik 18 anket və müxtəlif imtahan materialları aşkar edilib.

Araşdırma zamanı məlum olub ki, adıçəkilən evlərdən götürülən sorğu vərəqlərindəki imtahan sualları həqiqi imtahan sualları ilə tam uyğundur. Şübhəlilərin evlərində aparılan axtarışlar zamanı qrup üzvlərinin yazışmalarından onların pul müqabilində tələbələrə sualları təşkil edərək satdıqları üzə çıxıb.

Prokurorluq bildirib ki, bu yolla şübhəli şəxslər külli miqdarda pul alıb və cəmiyyətə ziyan vurublar.

Mayın 9-da 6 şübhəli nəzarətə alınaraq məhkəmə qarşısına çıxarılıb. Azərbaycan vətəndaşları Fuad K. və Əfsanə G. həbs edilib. Digər şübhəlilər Ələkbər K., Əli A., Fərmaz X. və Səid K. isə zaminə buraxılıb.

Saxlanılan şəxslər sualların parolla arxivə göndərildiyini bildiriblər. SAT imtahanı eyni vaxtda 170 ölkədə keçirilir. Bəzi ölkələrdə vaxt fərqinə görə imtahanlar əvvəlcədən qəbul edilir. Bu suallar PDF formatında gəldikdən sonra Telegram-a yüklənib və 2000-3000 dollara satılıb.

Saxlanılanlar arasında Bakının müxtəlif rayonlarında ixtisasartırma kursları açıb tələbə hazırlamaqla məşğul olanlar da var.

Qeyd edək ki, SAT (Scholastic Aptitude Test) amerikalılar və ABŞ-da bakalavr pilləsində təhsil almaq istəyən əcnəbilər üçün imtahan kimi yaradılıb, daha sonra digər ölkələrdə istifadə olunub.
Hazırda onun köməyi ilə azərbaycanlı gənclər Türkiyənin nüfuzlu dövlət universitetlərinə daxil olurlar. SAT imtahanı vasitəsilə azərbaycanlı tələbələr ADA Universitetinə qəbul oluna bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO