Həbsdəki tanışına toyuğun içində narkotik keçirmək istədi - FOTO 

Həbsdəki tanışına toyuğun içində narkotik keçirmək istədi - FOTO 

Hazırda oxunan: Həbsdəki tanışına toyuğun içində narkotik keçirmək istədi - FOTO 

74519

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə müəssisəsinə psixotrop və narkotik maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb. 

Bu barədə Bizim.Media-ya Xidmətdən məlumat verilib. 

Bildirilib ki, Cinayət Məcəlləsinin 234.1-ci (Narkotik) maddəsi ilə təqsirli bilinərək həbs edilən Hünər Şabanəli oğlu Cəfərova tanışı İlham Səlim oğlu Əliyev tərəfindən gətirilən sovqata baxış keçirilən zaman xüsusi üsulla gizlədilmiş 1 kq qəndin içərisində səpilmiş formada ümumi çəkisi 0,905 qram psixotrop maddə - metamfetamin və bişirilmiş toyuğun içərisində 0,817 qram miqdarında narkotik maddə - tiryək aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO