İdxal edilən bu məhsul gömrük rüsumundan azad olundu

İdxal edilən bu məhsul gömrük rüsumundan azad olundu

Hazırda oxunan: İdxal edilən bu məhsul gömrük rüsumundan azad olundu

74068

Azərbaycana idxal edilən heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar 15 faiz gömrük rüsumundan azad edilib.

Bizim.Media xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edib.

Qərara əsasən, heyvanların yemlənməsi üçün həll olunan balıq məhsulları və ya digər dəniz məməli heyvanlarından məhsullar, tərkibində süd məhsulları olmayan və ya bu məhsullar 10 kütlə %-dən az olan, tərkibində süd məhsulları 50 kütlə %-dən az olmayan,

lakin 75 kütlə %-dən az olan, tərkibində süd məhsulları 75 kütlə %-dən az olmayan, tərkibində süd məhsulları olmayan və ya bu məhsullar 10 kütlə %-dən az olan,

tərkibində süd məhsulları 10 kütlə %-dən az olmayan, lakin 50 kütlə %-dən az olan, tərkibində süd məhsulları 50 kütlə %-dən az olmayan, tərkibində süd məhsulları olmayan və ya bu məhsullar 10 kütlə %-dən az olan,
tərkibində süd məhsulları 10 kütlə %-dən az olmayan, lakin 50 kütlə %-dən az olan, tərkibində süd məhsulları 50 kütlə %-dən az olmayan, tərkibində nişasta, qlükoza, qlükoza siropu, maltodekstrin və ya maltodekstrin siropu olmayan, lakin süd məhsulları olan məhsullar, o cümlədən melassa əlavəsi ilə çuğundur cecəsi idxal gömrük rüsumundan azad olunub.

Bu qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO