Bitkoin bazarında ÇALXALANMA: İnvestisiya edənləri nə gözləyir? - AÇIQLAMA

Bitkoin bazarında ÇALXALANMA: İnvestisiya edənləri nə gözləyir? - AÇIQLAMA

Hazırda oxunan: Bitkoin bazarında ÇALXALANMA: İnvestisiya edənləri nə gözləyir? - AÇIQLAMA

74027

“Kriptovalyuta bazarlarında qiymətlərin düşməsi son 1 həftədə müşahidə edilir. Bunun əsas səbəbi Amerikada infilyasiya faiz dərəcəsinin 8 faiz yuxarı olması idi ki, bu da fond bazarında qiymətlərin düşməsi ilə nəticələndi. Təbii ki, bu düşüş kriptovalyuta bazarına öz təsirini göstərməyə bilməzdi”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Kriptovalyuta üzrə yerli ekspert Elnur Quliyev bitkoinin qiymətindəki azalmaya münasibət olaraq bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Kriptovalyutaların qiyməti sürətlə UCUZLAŞIR


Onun sözlərinə görə, düşüşün səbəbi kriptovalyuta şirkətindəki problemlə əlaqəlidir:

“Son 2 gündə kriptovalyuta bazarında qiymətlərin 30, 40 və 50 faizə qədər düşməsi sırf Terra Luna şirkətində yaranmış problemlə bağlıdır. Bu şirkət kriptovalyuta saxlayanlar içərisində TOP-3 də yerləşir və təxminən 70 minlik bitkoinə malikdir.

Şirkətin paralel olaraq 1UST=1Dollar olan stabil koini var. Stabil koində 2 gündür yaranan problem nəticəsində Terra Luna şirkətinin özünün kriptovalyuta qiymətləri birdən-birə100 Dollardan 0,010 sentə qədər düşüşə səbəb oldu və sözügedən şirkət problemi həll etmək üçün öz 70 minlik bitkoinini satışa çıxardı.
Təbii ki, bu qədər məbləğlik bitkoinin satışa çıxarılması bazarda təlatüm yaratdı. Həmçinin bazarda tələbin təklifdən daha az olması səbəbindən qiymətlər düşməyə başladı. Paralel olaraq da burada panikaya düşənlər kriptovalyutalarını satmağa başladılar. Qısa desək, bazarda dırnaq arası devalvasiya yaratdılar”.

Ekspert həmçinin investisiya edən şəxslərə kriptolarını satmağa tələsməməyi tövsiyyə edib:

“Kimin kriptosu varsa satmağa tələsməsinlər. Onsuz da 30% ziyandadırlar. Bir az səbrli olmaq lazımdır, çünki bu problem 1 şirkətdən qaynaqlanır. Müsbət tərəfi budur ki, biz qiymətin düşməsi səbəbini ən azından görürük.

Ona görə də bitcoin satmaq lazım deyil, səbrli olub gözləmək lazımdır və ümid edirəm ki, yaxın günlərdə qiymətin yenidən qalxması halı müşahidə olunacaq. Hətta deyərdim ki, hazırda kriptovalyutalara investisiya etməyin tam zamanıdır”, - deyə E.Quliyev qeyd edib.
Qeyd edək ki, dünyanın ən bahalı kriptovalyutası olan Bitcoin-in qiyməti 12% dən çox aşağı düşüb və hazırda qiyməti $30 mindən aşağıdır. 

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO