Amerikalı politoloq: “Paşinyan devrilsə belə, üçtərəfli bəyanatın müddəaları yerinə yetiriləcək”

Amerikalı politoloq: “Paşinyan devrilsə belə, üçtərəfli bəyanatın müddəaları yerinə yetiriləcək”

Hazırda oxunan: Amerikalı politoloq: “Paşinyan devrilsə belə, üçtərəfli bəyanatın müddəaları yerinə yetiriləcək”

74009

Cari ilin aprel ayından etibarən Ermənistanda revanşist qüvvələrin mitinqləri səngimək bilmir. Mitinqlərin miqyası da kifayət qədər böyükdür. Təşkilatçılar arasında fəallıq “respublikaçılar” və “daşnaksütun” partiyalarındadır.

Belə olduğu təqdirdə hazırkı iqtidarın devrilməsi gündəmdir ki, bu da Azərbaycanla Ermənistan arasında imzalanan sənədlərin nə dərəcədə qüvvədə qalması ilə bağlı suallar yaradır. 

Bizim.Media-ya mövzu ilə bağlı açıqlama verən amerikalı siyasi şərhçi Endryu Korybko bildirib ki, Paşinyan hakimiyyəti devriləcəyi təqdirdə belə Ermənistanda hakimiyyətə gələcək hansısa şəxs üçtərəfli bəyanatın müddəalarına əməl etmək məcburiyyətində qalacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

Müxalifət Paşinyanın yerinə namizəd tapmayıb – Ancaq istefasını tələb edirlər


“Paşinyan hökumətinin artan rejim dəyişikliyi etirazları qarşısında nə dərəcədə dayanıqlı olduğunu nümayiş etdirəcəyi bəlli deyil. Lakin o, bundan əvvəl də sağ qalıb, bu da onu göstərir ki, o, bir daha sağ qala bilər.

O vəzifədən kənarlaşdırılsa belə - istər məcburiyyət, istər zor, istərsə də könüllü istefa yolu ilə - Ermənistan çox güman ki, Azərbaycan və Rusiya ilə razılaşmalarına hörmət etməyə davam edəcək. Bu ssenaridə onu kim əvəz edə bilərsə, o sadəcə ritorik olaraq cəmiyyətin ultra-millətçi üzvlərinə xitab edə bilər, lakin əvvəlki razılaşmalardan geri çəkilmək ehtimalı azdır.

Ermənistan bilir ki, Azərbaycana hücum etmək istəyi Rusiya tərəfindən dəstəkləməyəcək. Çünki bu, qeyri-qanuni olardı və üstəlik, Moskvanın Ukraynaqarışıq xeyli öz problemləri var.

Əvvəlki paktlardan çıxmaq və regional müharibəni yenidən alovlandırmaq cəhdi Ermənistan dövlətçiliyi üçün intihara səbəb ola bilər və buna görə də bəzilərinin populist səbəblərlə hansı ritorika səsləndirməsindən asılı olmayaraq baş verməsi ehtimalı azdır”, - deyə Endryu Korybko qeyd edib.

Tehran, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO