Mehriban Zeynalovadan ŞOK AÇIQLAMA: “Qadınlar arıqlamaq üçün narkomanlıq edirlər”

Mehriban Zeynalovadan ŞOK AÇIQLAMA: “Qadınlar arıqlamaq üçün narkomanlıq edirlər”

Hazırda oxunan: Mehriban Zeynalovadan ŞOK AÇIQLAMA: “Qadınlar arıqlamaq üçün narkomanlıq edirlər”

74004

Son 10-15 ildə Azərbaycanda bir çox mental dəyərlər “ölüb”. İndi məişət zəminində istənilən qeyri-standart hadisə ilə qarşılaşa bilərik. Artıq çox adamda bu, heç təəcüb də doğurmur.

Küçədə və ofislərdə siqareti üzünüzə püfləyən qadınlar, nakotik aludəçisi olan gənc qız və oğlanlar, “arvad hesabına” yaşayan alfons təbəqə adi, gündəlik həyat tərzi hesab edilir. 

Cəmiyyətimizdə narkotik vasitələrdən istifadə isə artıq “göz deşir”. Məmurundan tələbəsinə, ziyalısından kəndlisinə kimi milərlə insan “ağ ölümün” girovundadır. Son zamanlar zərif cinslərin iştirakçısı olduğu sosial şəbəkə video paylaşımlarında narkotikdən asılılığın qadınlar arasında xüsusi vüsət aldığı görünür.

Nə baş verir? Potensial Azərbaycan anası uçuruma yuvarlanır və biz niyə susuruq? 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bu mövzuda fikilərini Bizim.Media-ya bölüşüb.
 

MÖVZU İLƏ BAĞLI:

Sosial cinayətlərlə məşğul olan yeni qurum YARADILSIN – DİN-ə TƏKLİF


Onun sözlərinə görə, qadınların bu maddəyə marağı bir neçə səbəbə əsaslanır: 

“Bu daha çox çevrədən, insanın düşdüyü mühitdən asılıdır. Qadınları bu hala salan onların tərəf müqabilləri, yəni sevgililəri və ya həyat yoldaşları da ola bilər. Hansı ki, onlar istifadəçisi olduqları bu maddələri məcburi şəkildə onlara da qəbul etdirirlər. Digər səbəb isə qadınların arıqlamaq istəyi ilə bağlıdır. Çox zaman aldadıcı vədlərə inanaraq arıqlayıcı vasitə kimi alıb istifadə etməyə başlayırlar nəticədə vəziyyət bu yerlərə gəlib çıxır. Narkotik satanlar üçün ailə dəyərləri, genefond, dəyər və digər məsələlər mövcud deyil. Onlar üçün əsas qazanc əldə etməkdir. Qarşısındakının isə qadın və yaxud da kişi olması onlar üçün qətiyyən əhəmiyyət daşımır, çünki satış çevrəsini böyütmək daha böyük gəlir deməkdir”.

Mehriban Zeynalova qeyd edir ki, sözügedən maddələrdən istifadə 10 il əvvəl də olub və yeni hal deyil. Lakin hazırda bu hal kəskin şəkildə artıb:

“Ona görə də narkotik vasitələrin satışını həyata keçirənlərin xarakterlərini, manipulyasiya fəndlərini aşkara çıxarıb onlara qarşı necə davranmaq, tədbirli olmaq kimi mövzularda maarifləndirmə işləri aparılmalıdır.

Həmçinin reabilitasiya mərkəzləri açmaq lazımdır ki, küçələrdə bu vəziyyətdə qalan, ümumiyyətlə narkotik bəlasına düçar olmuş şəxslər müalicə olunsunlar”.
Zeynalova onu da vurğulayıb ki, çox az hallarda narkotiklə reabilitasiya prosesi effektiv nəticə verir və bu davamlı, çətin işdir. 

“Buna görə də sözügedən prosesə QHT-ləri də cəlb etmək önəmlidir. O cümlədən, çoxlu sosial işçilər hazırlamaq lazımdır və bu işçilər narkotik istifadəçiləri ilə işləyə bilsinlər və yaxud da narkotik vasitələrin istifadə edildiyi ərazilərin xəritələşməsini aparıb o ərazilərdə ciddi tədbirlərin həyata keçirsinlər”, - deyən M.Zeynalova bu problemin kompleks şəkildə həll edilməli olduğunu diqqətə çatdırıb.

Səkinə Yusibli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO