Aytən Məmmədovaya hücumla bağlı cinayət işinin istintaqı BŞBPİ-ə verildi 

Aytən Məmmədovaya hücumla bağlı cinayət işinin istintaqı BŞBPİ-ə verildi 

Hazırda oxunan: Aytən Məmmədovaya hücumla bağlı cinayət işinin istintaqı BŞBPİ-ə verildi 

73798

Mayın 8-də yaşadığı binanın liftində naməlum şəxs tərəfindən bıçaqlı hücuma məruz qalan jurnalist Aytən Məmmədova tibbi ekspertizadan keçirilib. 

Bu barədə Bizim.Media-ya jurnalist özü məlumat verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Aytən Məmmədova ona edilən hücumun necə baş verdiyini açıqladı – VİDEO  


Aytən Məmmədova bildirib ki, bu gün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Binəqədi rayon şöbəsində ekspertizadan keçib. 

Bundan başqa, Aytən Məmmədovanın hücuma məruz qalması ilə bağlı cinayət işinin istintaqı Binəqədi Rayon Polis İdarəsindən alınaraq Bakı Şəhər Baş Polis İdarəsinin icraatına verilib. 

Jurnalistə hücum edən şəxsin tapılması ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir. 
Xatırladaq ki, jurnalist Aytən Məmmədovaya bıçaqlı hücumla bağlı Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi başlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO