Bakıda arvadını qətlə yetirən şəxsə 16 il 6 ay həbs cəzası verildi

Bakıda arvadını qətlə yetirən şəxsə 16 il 6 ay həbs cəzası verildi

Hazırda oxunan: Bakıda arvadını qətlə yetirən şəxsə 16 il 6 ay həbs cəzası verildi

73791

Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Şəhriyar Ələsgərova hökm oxunub və o, 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Pirşağı qəsəbəsində 32 yaşlı Ş.Ələsgərov həyat yoldaşı, 24 yaşlı Ləman Ələsgərovanı şəxsi münasibətlər zəminində mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürüb.
Faktla bağlı Ş.Ələsgərov haqqında Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO