"Avroviziya-2022": Turində birinci yarımfinal başladı - VİDEO

Hazırda oxunan: "Avroviziya-2022": Turində birinci yarımfinal başladı - VİDEO

73719

İtaliyanın Turin şəhərində “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalına start verilib. 

Bizim.Media xəbər verir ki, “Pala Alpitour” idman-konsert arenasının səhnəsində müsabiqənin finalına vəsiqə qazanmağa iddialı 17 iştirakçı ölkə çıxış edəcək.  

Builki qələbəyə əsas namizədlərdən biri "Stefaniya" kompozisiyası ilə çıxış edən Ukraynanın “Kaluş Orkestri” rep qrupudur.

Qeyd edək ki, mayın 12-də Turində keçiriləcək ikinci yarımfinalın birinci hissəsində Azərbaycan təmsilçisi Nadir Rüsrəmli “Fade to black” balladası ilə çıxış edəcək. Onun səsvermə nömrəsi 4-dür. 
Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliya isə birbaşa finaldan yarışmaya qoşulacaq.

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO