Xaçmazda ulu öndərin xatirəsi anıldı - FOTO

Xaçmazda ulu öndərin xatirəsi anıldı - FOTO

Hazırda oxunan: Xaçmazda ulu öndərin xatirəsi anıldı - FOTO

73687

Xaçmaz rayonunda da ulu öndər Heydər Əliyevin xatirəsi anılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, əvvəlcə Heydər Əliyevin Xaçmaz şəhərindəki abidəsi rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, hərbçi və qazilər, şəhid ailələri, çoxsaylı şəhər sakinləri tərəfindən ziyarət olunub, abidəsi önünə tər güllər qoyulub.

Daha sonra Heydər Əliyev Mərkəzində  dahi şəxsiyyətin  doğum gününə həsr olunmuş konfrans keçirilib.

Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib,həyat və fəaliyyətinə həsr olunan sənədli filmə baxılıb.

Xaçmaz rayonun icra başçısı Elnur Rzayev ümummilli lider Heydər Əliyevin öz xalqı, Vətəni qarşısındakı misilsiz xidmətlərindən danışıb. Vurğulayıb ki, dünya dövlətləri arasında müstəqil Azərbaycanın böyük nüfuz sahibi olması Heydər Əliydvin adı ilə bağlıdır.
Digər çıxışlarda da Heydər Əliyevin xalqına olan sonsuz sevgisindən söz açılıb.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO