Bir gündə Rusiyanın 4 qubernatoru istefa verdi

Bir gündə Rusiyanın 4 qubernatoru istefa verdi

Hazırda oxunan: Bir gündə Rusiyanın 4 qubernatoru istefa verdi

73675

Saratov vilayətinə 10 il rəhbərlik edən qubernator Valeri Radayev vaxtından əvvəl istefa verdiyini açıqlayıb. Qubernatorun sözlərini çərşənbə axşamı onun mətbuat xidməti yayıb.

Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Qubernator vəzifəsindən vaxtından əvvəl istefa verirəm. 10 il Saratov vilayətinə rəhbərlik etmişəm. Seçki kampaniyasının yaxınlaşması ilə əlaqədar daha bir müddətə rayon rəhbəri seçilmək üçün namizədliyimi irəli sürməyəcəyəm. Diqqətimi başqa iş sahəsinə yönəltməyi planlaşdırıram”, - Agentlik Radayevin sözlərindən sitat gətirib.

Xatırladaq ki, bu gün səhər saatlarında Ryazan vilayətinin qubernatoru Nikolay Lyubimov, Tomsk vilayətinin qubernatoru Sergey Jvaçkin və Kirov vilayətinin qubernatoru İqor Vasilyev istefa verdiklərini bəyan ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO