Aytən Məmmədova ona edilən hücumun necə baş verdiyini açıqladı – VİDEO  

Aytən Məmmədova ona edilən hücumun necə baş verdiyini açıqladı – VİDEO  

Hazırda oxunan: Aytən Məmmədova ona edilən hücumun necə baş verdiyini açıqladı – VİDEO  

73470

Xəbər verdiyimiz kimi, mayın 8-də, Bakı vaxtı ilə saat 24 radələrində jurnalist Aytən Məmmədovaya yaşadığı binanın blokunda hücuma mərzu qalıb. 

Bizim.Media xəbər verir ki, jurnalist “Amerikanın səsi”nə verdiyi açıqlamada hücumun necə baş verdiyini danışıb. 

Aytən Məmmədovanın sözlərinə görə, onun arxasıyca liftə girən bir nəfər bıçağı boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə hədələyib, yazmamasını tələb edib: 

“Saat 12-yə qalardı. Mən taksidən düşüb liftə mindim. Orta yaşlı bir kişi də mənimlə birgə liftə mindi. Adətən qonşular da liftə minir. Bu səbəbədən fikir vermədim. Liftin qapısı bağlanan kimi həmin adam arxa tərəfdən bir əli ilə çənəmi bərk sıxdı, digər əli ilə bıçağı boğazıma dirədi.
Bıçaq boğazımı deşirdi. O bıçağı geri çəkdi, sonra yenidən boğazıma dirədi. Bu səbəbdən boğazımda iki deşik izi qalıb. Dedi ki, sən ağıllanmadın. Qızımın ünvanına təhdid xarakterli və ağır söyüş işlətdi. Bu zaman lift mənim yaşadığım mərtəbəyə çatdı və qapısı açıldı. Həmin şəxs məni sərbəst buraxdı və liftlə qayıtdı. Mən həyat yoldaşımı çağırdım və o həmin şəxsi təqib etmək istədi. Lakin onu tapa bilmədi,”

Jurnalist bildirib ki, ona hücuma Nərminin məhkəmə işi ilə bağlı ola bilər: 

“Şübhəm var ki, bu azyaşlı qızın məhkəmə işi ilə bağlıdır. Bundan öncə, təxminən 20 gün əvvəl ev telefonuma bununla bağlı bir təhdidedici zəng daxil olub. Çünki mən son zamanlar bu olayla bağlı (söhbət azyaşlını zorlayraq öldürməkdə günahlandırlaraq həbs edilən İlkin Süleymanovun məhkəməsindən gedir-red) ən çox araşdırmalar, məqalələr yazan jurnalistlərdənəm. Bu həm də ölkədə çox səs-küy doğuran hadisədir. Çox müəmmalı bir hadisədir. Yeri gəlmişkən, düşünürəm ki, bu olayın açılmasını istəməyən müəyyən qüvvələr var.” 

Məmmədova deyib ki, iyrimi illik jurnalist fəaliyyətində ilk dəfə zorakılığa məruz qalıb. 

“Jurnalist fəaliyyətim dövründə nə dövlət qurumları, nə də fiziki şəxslərlə problem yaşamamışam. Bu ilk təhdiddir,” o qeyd edib. 

Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO