70-ə yaxın nəvəsi olan 100 yaşlı müharibə veteranı Səməd Vurğunun şeirini oxudu - VİDEO 

70-ə yaxın nəvəsi olan 100 yaşlı müharibə veteranı Səməd Vurğunun şeirini oxudu - VİDEO 

Hazırda oxunan: 70-ə yaxın nəvəsi olan 100 yaşlı müharibə veteranı Səməd Vurğunun şeirini oxudu - VİDEO 

73451

Qubanın Xanəgah kənd sakini, İkinci Dünya Müharibəsi veteranı Yunus Məmmədağa oğlu Kazımov bu gün 100 yaşını qeyd edir. 

Yunus Kazımov qələbənin 77-ci ildönümü və özəl günündə Bizim.Media-nın özəl müsahibi olub. 

Qubanın səfalı Xanəgah kəndində doğulan, tat xalqının nümayəndəsi olan Yunus kişi əməlli-başlı sinədəftərdir. Həyatı, döyüş yolu barədə necə həyəcanlı danışırsa, elə bilirsən ki, hadisələr dünən olub.
 

MÖVZU İLƏ BAĞLI:

Faşizm üzərində qələbənin 102 yaşlı qəhrəmanı Əmrah kişi: “Vuruşa-vuruşa haralara getməmişəm ki?” - VİDEO


Yunuş kişi 1942-ci fevral ayında 19 yaşında müharibəyə yollanıb və diviziyada qulluq edib: 

“9 May qələbə xəbərinədək Mozdok, Şimali Qafqaz, Taqanroq, Budyansk, Polşa, Çexoslovakiyaya qədər döyüş yolu keçmişəm. Müharibədən qayıdandan sonra Xanəgah kəndində ticarət sahəsində və meşəbəyi işləmişəm”.

O, vəfat etmiş həyat yoldaşından da söz açıb. Mərhum həyat yoldaşı İncahan xanım Qəhrəman ana olub və onlar birlikdə 10 övlad böyüdüblər.

Övladlarından  birini itirən Yunus kişi bu gün 9 övladı, 70-ə yaxın nəvəsi, 10-dan artıq nəticəsi və 3 kötükcəsinin əhatəsində bir əsrlik doğum gününü qeyd edir. 
Şair təbiətli Yunus kişi sonda Səməd Vurğunun müharibə mövzusunda yazdığı şeiri əzbər söyləyərək, dünyanın sülh üstündə bərqərar olmasını arzu edib. 

Aytəkin Alxaslı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO