Ermənistan təhlükəsizlik xidməti rəhbərinin Bakıya gizli səfəri gözlənilir

Ermənistan təhlükəsizlik xidməti rəhbərinin Bakıya gizli səfəri gözlənilir

Hazırda oxunan: Ermənistan təhlükəsizlik xidməti rəhbərinin Bakıya gizli səfəri gözlənilir

7336

Bizim.Media “Sputnik Armenia”-ya istinadən məlumat verir ki, Ermənistanın Vatikandakı keçmiş səfiri, keçmiş prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanın Bakıya gözlənilən gizli səfəri barədə məlumat verib.

Keçmiş səfir öz telegram kanalında Rusiya, Azərbaycan və Ermənistan təhlükəsizlik orqanlarının rəhbərlərinin Moskva görüşünə toxunub. Onun sözlərinə görə, görüşdən sonra Armen Abazyan Azərbaycan tərəfi ilə bir sıra şübhəli təmaslarda olub. Bunun nəticəsində 11 yanvarda İlham Əliyev və Nikol Paşinyan arasında planlaşdırılan görüş ərəfəsində Armen Abazyanın tam məxfilik atmosferində Bakıya göndərilməsinə qərar verilib.

Keçmiş səfirin fikrincə, Abazyanın gizli Bakı səfərinin arxasında olduqca maraqlı məqamlar yer alır. İddialara görə, Abazyan, şifahi razılaşma əsasında Ermənistan hakimiyyəti tərəfindən çoxdan elan edilmiş olan "biabırçı güzəştləri və itkiləri" rəsmiləşdirmək və yazılı şəkildə bir sıra öhdəliklər götürmək tapşırığı ilə Bakıya göndəriləcək.

Məsələni dəqiqləşdirmək üçün “Sputnik Armenia”, Ermənistan Milli Təhlükəsizlik Xidməti ilə əlaqə saxlasa da hər hansı açıqlamanın verilmədiyini qeyd edir. 

Xatırladaq ki, Ermənistanın Vatikandakı səfiri Mikael Minasyan son aylarda Nikol Paşinyan hakimiyyətini ifşa edən sənədlərin və məlumatların yayılması ilə gündəmə gəlmişdi.

Rəvan Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO