Hindistan KİV: Pakistan nüvə texnologiyasını Türkiyə ilə paylaşa bilər

Hindistan KİV: Pakistan nüvə texnologiyasını Türkiyə ilə paylaşa bilər

Hazırda oxunan: Hindistan KİV: Pakistan nüvə texnologiyasını Türkiyə ilə paylaşa bilər

7332

Dekabr ayında Ankarada təşkil olunan Türkiyə-Pakistan hərbi dialoq qrupunun toplantısı baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə "Zee News India" məlumat yayıb.

Məlumata görə, müzakirələrə Türk nümayəndə heyətinə Silahlı Qüvvələrin Baş Qərargahı rəisinin müavini general Səlcuq Bayraktaroğlu, Pakistan nümayəndə heyətinə - Müdafiə üzrə Dövlət Katibi General Mian Məhəmməd Hilal Hüseyn rəhbərlik edib.

Nəşrdə bildirilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsən Pakistan Ordusu Baş Qərargah rəisi Kamar Javed Bajvadan Pakistan hərbi rəhbərliyinin qəbul etdiyi nüvə silahlarının inkişafı və istehsalı texnologiyasını paylaşmasını istəyib.

Nəşr eyni zamanda, Pakistanlı alimlərin hazırda Türkiyə tərəfinə raket istehsal gücünü artırmaqda kömək etdiyini də bildirib. Beləliklə, Pakistan Raket Texnologiyalarına Nəzarət Rejimini kobud şəkildə pozduğunu qeyd ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO