Növbəti 5 il müddətinə Fransa Prezidenti seçilən Emmanuel Makronun andiçmə mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, Yelisey sarayında baş tutan andiçmə mərasimində çıxış edən Makron daxili siyasətə ağırlıq verəcəyini, Fransanı daha qüdrətli dövlətə çevirməyə çalışacağını deyib.
MÖVZU İLƏ BAĞLI:
Makronun andiçmə mərasimi baş tutdu
Mərasimə eks-prezidentlər Fransua Olland və Nikola Sarkozi də daxil olmaqla 450-yə yaxın adam dəvət olunub.
"Fransız xalqı 2017-ci il mayın 14-də başlayan prezident mandatını yeniləmədi. Onlar mandatı yeni prezidentə həvalə etmiş yeni xalqdır. Daha müstəqil dövlət olmaq, yaxşı yaşamaq üçün yorulmadan çalışmaq lazım gələcək".
Qeyd edək ki, aprelin 24-də Fransada prezident seçkilərinin ikinci turu keçirilib. Hazırkı prezident Makron və ifrat sağçı Milli Ralli partiyasının lideri Marin Le Pen dövlət başçısı postu uğrunda mübarizə aparıb. Fransa Konstitusiya Şurasının yekun məlumatlarına görə, Makron 58,55%, Le Pen 41,45% səs toplayıb.
Bizim.Media