"Səhərdən-axşama kimi "whatsApp"da bütün şəkillərimə təəccüb və xoş sözlər yazan Kənan mənim çox xətrimə dəydi. İnsan səmimi, dürüst olar. İndi sosial şəbəkə fenomeni Mia ilə bütün günü "Tik-Tok"da canlı efir açıb "bambılılıq" edirlər".
Bizim.Media xəbər verir ki, bu sözləri "Miss Azerbaijan 2019" model Səmra Hüseynova "MTV maqazin" verililişinə verdiyi müsahibəsində deyib.
Aylar əvvəl rejissor və aktyor Kənan Mahmudovla açdığı "Tik-Tok"da "Əylənmişik" sözü ilə qarşı tərəfi özündən çıxardan Səmra bu qalmaqalın üstünə benzin töküb:
"Mənim Kənan kimi ərim olsa, onun başını kəsərəm. Pul xətrinə get gündə bir qızla oyna, "whatsApp"laş sonra de ki, efirdir də. Yəqin Kənanın müğənni həyat yoldaşı Aygün müasir xanımdır”.
O, həmçinin "Tik-Tok"da canlı açıb, pul qazanmaq üçün bir-birinin ünvanına nalayiq ifadə və təhqirlər səsləndirən sosial şəbəkə fenomenlərini də biabır edib:
"Tik-Tok"da pul yığmaq üçün bir yerdə çörək yeyən insanlar dalaşıb, söyüşürlər. Bilmirlər ki, necə orada "jeton" əldə etsinlər. Az qalır ki, üzlərində olan simalarını da cırıb qoysunlar. Onlar "jeton" xətrinə razıdırlar öz kişiliklərini də satmağa. Elə bilirlər ki, belə etməklə xal yığacaqlar. Düzdür yığırlar, amma 3-5 gün olacaq".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:22 / 07.05.2022
Səmra qalmaqal yaşadığı Kənanı biabır etdi: “Belə ərim olsa, onun başını kəsərəm" - VİDEO
Hazırda oxunan: Səmra qalmaqal yaşadığı Kənanı biabır etdi: “Belə ərim olsa, onun başını kəsərəm" - VİDEO
Hazırda oxunan: Səmra qalmaqal yaşadığı Kənanı biabır etdi: “Belə ərim olsa, onun başını kəsərəm" - VİDEO
73219
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.