Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Kollegiyası “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nı təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu Qayda Azərbaycan Respublikasında islam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi ilə bağlı məsələləri tənzimləyir.
İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin edilməsi məqsədi ilə müsahibəni Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi təşkil edir.
Komitə sədri vakant vəzifə yarandığı gündən bir ay müddətində həmin vakant vəzifənin tutulması üçün müsahibə keçirilməsi barədə qərar qəbul edir. Müsahibə proqramı aşağıdakı sahələr üzrə formalaşır:
- Azərbaycan Respublikası Konstitusiyası və dini etiqad azadlığı ilə bağlı normativ hüquqi aktları;
- Qurani-Kərim;
- Hədis;
- Fiqh;
- Əqaid;
- Təfsir;
- Dini xitabət;
- Dil bilikləri;
- İslam tarixi;
- Azərbaycan tarixi;
- Digər dinlər barədə məlumat;
- Ümumi dünyagörüşü.
Müsahibədə iştirak üçün namizəd tərəfindən aşağıdakı sənədlər elektron qaydada və ya kağız daşıyıcıda Komitəyə təqdim edilir:
- Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;
- Tərcümeyi-hal;
- Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;
- Sağlamlıq haqqında arayış;
- Narkoloji dispanserdən arayış;
- Ruhi-əsəb dispanserindən arayış;
- Məhkumluq barədə arayış;
- Foto (3x4) (4 ədəd);
- Ərizə.
Aşağıdakı şəxslər müsahibə komissiyasının üzvü ola bilməzlər:
- namizədlə yaxın qohumluq əlaqəsi olan şəxslər (əri (arvadı), valideynləri, qardaşları, bacıları, övladları);
- bilavasitə və ya dolayı yolla müsahibənin nəticəsində maraqlı olan, obyektivliyi və qərəzsizliyi şübhə doğuran şəxslər;
- ali təhsili olmayan şəxslər.
Müsahibənin keçirildiyi vaxt və yer barədə namizədlərə müsahibənin keçirilməsinə ən azı beş gün qalmış Komitənin internet saytı vasitəsilə məlumat verilir. Namizədlərin müsahibə sənədləri Komitədə saxlanılır. Namizədlər müsahibənin nəticələrindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilərlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:15 / 07.05.2022
İslam dininə aid ibadət yerlərinə din xadimləri bu qaydada təyin olunacaq
Hazırda oxunan: İslam dininə aid ibadət yerlərinə din xadimləri bu qaydada təyin olunacaq
Hazırda oxunan: İslam dininə aid ibadət yerlərinə din xadimləri bu qaydada təyin olunacaq
73195
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.