Cəlilabada qoz boyda dolu düşdü - FOTO

Cəlilabada qoz boyda dolu düşdü - FOTO

Hazırda oxunan: Cəlilabada qoz boyda dolu düşdü - FOTO

73181

Cəlilabadın bəzi kəndlərinə dolu düşüb.

Bizim Media-nın yerli bürosunun verdiyi məlumata görə, ötən gün gecə saatlarında Cəlilabad rayonunda küləklə müşahidə olunan dolu yağıb. 

Dolu daha çox rayonun Qarğılı, Mirzəli və digər ucqar dağ kəndlərinə düşüb. 5-10-dəqiqə davam edən dolu sonra yağışa çevrilib.

Yağan dolunun kənd təsərrüfatına ziyan vurub-vurmadığı araşdırılır.

Hazırda rayonda küləkli hava şəraiti davam edir. Küləyin rayonda səbəb ola biləcəyi fəsadlar qeydə alınmasa da, elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO