Xaricdən məhsul sifariş edənlərin nəzərinə! - VİDEO

Xaricdən məhsul sifariş edənlərin nəzərinə! - VİDEO

Hazırda oxunan: Xaricdən məhsul sifariş edənlərin nəzərinə! - VİDEO

7316

Artıq xaricdən məhsul sifariş edən hər kəs bunu Dövlət Gömrük Komitəsinin "smart customs" tətbiqində bəyan etməlidir.

Komitədən verilən məlumata görə, bu il yanvarın 1-dən etibarən təkmilləşdirilmiş  "sadələşdirilmiş bəyannamə - elektron ticarət" layihəsinin tətbiqinə başlanılıb. İstifadəsinə gəldikdə isə, vətəndaşlar ASAN imza və ya mobil nömrələri ilə şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etməlidirlər.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı danışan iqtisadçı-ekspert Rəşad Həsənov yeni tətbiqin istifadəyə verilməsinin vətəndaşların məhsullarını daha çevik şəkildə bəyan etməsinə səbəb olacağını deyib.

Mütəxəssisin sözlərinə görə, məhsul kateqoriyasının seçilməsində bir az da sadələşmə olsa, vətəndaş üçün proses daha asanlaşar.

Deməli, tətbiq nə qədər funksional olsa da, bəzi texniki məqamlar çətinlik yarada bilər. Vətəndaşlar əlavə rüsum tələb edilməyən həcmdən artıq məhsul gətirərsə, bu zaman bəyannamələrin doldurulmasında diqqətli olmalıdırlar. Çünki bəzi əməliyyatların geriyə dönüşü yoxdur.

Qeyd edək ki, fiziki şəxslər aylıq 300 dollar ekvivalentindən yuxarı məhsul sifarişi etsələr, onda əlavə olaraq gömrük rüsumu və vergi ödəyəcəklər. Buna görə alınan məhsulların ümumi qiymətinə diqqət etmək lazımdır ki, sonradan əlavə ödəniş etmək məcburiyyəti yaranmasın. (xezerxeber.az)

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO