Tənəffüs yolları xəstəlikləri mütəxəssisi Merda Erdemir İşık bildirir ki, ətirli məktəb ləvazımatları allergik şikayətlərə səbəb olur, burunda axıntı, yanma, nəfəs darlığı kimi problemlər yaradır. Xüsusilə uşaq genetik cəhətdən allergiyaya meyillidirsə, gələcəkdə astmanın inkişafına gətirib çıxarır.
Mütəxəssislər bu cür məhsulların başgicəllənmə, ürək bulanması, öskürək və eyni zamanda, ürək-qan dövranı və beyin fəaliyyətinə təsir etdiyini bildirirlər.