100 illik tarixi abidə uçma TƏHLÜKƏSİNDƏ – Mədəniyyət Nazirliyi məsələyə niyə BİGANƏDİR?

100 illik tarixi abidə uçma TƏHLÜKƏSİNDƏ – Mədəniyyət Nazirliyi məsələyə niyə BİGANƏDİR?

Hazırda oxunan: 100 illik tarixi abidə uçma TƏHLÜKƏSİNDƏ – Mədəniyyət Nazirliyi məsələyə niyə BİGANƏDİR?

73028

Azərbaycanın ən qədim qəsəbəsi olan Zığda tarixi abidələr dağılır. Qəsəbənin mərkəzində yerləşən XIX əsrin memarlıq abidəsi olan Hacı Əmiraslan hamamı uçma təhlükəsindədir. Üstü 2 günbəzdən ibarət olan hamam vaxtilə Hacı Əmiraslan adlı şəxs tərəfindən inşa edilib və uzun müddət istifadə olunub. Hamamın günbəzi bir neçə yerdən deşilib, içərisi isə zibillə dolub.

Memarlıq baxımdan tikilən bu abidə hər an uçma təhlükəsi ilə üz-üzə qalıb. 

100 ildən çoxdur ki, memarlıq abidəsinin taleyi ilə maraqlanan tapılmır. Qəsəbədə yaşayan sakinlər artıq hamamı öz həyətlərinə salıblar. Hazırda hamama giriş yalnız sakinlərin həyətindən mümkündür. 
 

MÖVZU İLƏ BAĞLI:

Aleksandr Dümanın Qubada çimdiyi HAMAM – Qapılarına kim qıfıl vurub? - FOTO


Tarixi əsrlərə gedib çıxan hamamla bağlı rəvayətlər də var. Söyləntilərə görə qəsəbə sakinləri vaxtilə hamamın üstündə ucaldılan qırmızı və göy rəngdə bayraqlarla hansı günün kişilərə, hansı günün isə qadınlara aid edildiyi müəyyənləşərdi. Qırmızı rəngli bayraq sancılanda həmin günü hamama qadınlar, göy bayraq sancılanda isə kişilər gedə bilərdi. 

Acınacaqlı durumda olan hamamın istifadəsi uzun illərdir ki, tarixə qovuşub.

Bizim.Media-ya bu barədə danışan qəsəbə sakinlərinin bildirdiyinə görə dəfələrlə Suraxanı rayon İcra Hakimiyyətinə, qəsəbə nümayəndəliyinə müraciət ediblər.

Tarixi tikilinin restavrasiya və qorunması üçün nəzarətə götürülməsini tələb ediblər. Amma tarixi abidənin aqibəti heç kimin marağında olmayıb.

Zığ bələdiyyə sədri Emil Quliyev Bizim.Media-ya açıqlamasında sözügedən hamamın restavrasiya və bərpa məsələsinin Mədəniyyət Nazirliyinin səlahiyyətində olduğunu açıqlayıb:

“O tarixi abidə uzun illər qeydiyyatdan keçib və Mədəniyyət Nazirliyinin balansındadır. Onun qorunmasına gücümüz yoxdur. Abidə nazirlik tərəfindən nömrələnib və qorunmasını həmin qurum həyata keçirməlidir. Hamamın həyət qapısı bağlıdır və vaxtilə bir hissəsi sakinlərdən birinə həyətinə salınıb. Buna necə icazə verilib, məlumatım yoxdur. Biz də çox istərdik ki, tariximizin qorunub saxlanılması və yaşadılması üçün həmin abidə bərpa olunsun. Bildiyimiz qədər hər il gəlib yoxlanılır və fotoları çəkilir. Hansı işlərin görüldüyü barədə isə xəbərsizəm”.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən hələki mövqe ala bilmədik.

Mövzunu diqqətdə saxlayacağıq...

Alçina Amilqızı, Bizim.Media 







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO