"Yaşıl" kənd təsərrüfatına dəstək üçün fəaliyyət planı hazırdır" - Muxtar Babayev 

Hazırda oxunan: "Yaşıl" kənd təsərrüfatına dəstək üçün fəaliyyət planı hazırdır" - Muxtar Babayev 

73023

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kənd təsərrüfatı sektorunun müqavimətini təmin etmək üçün erkən xəbərdarlıq sistemi yaradıb. 

Bizim.Media xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” adlı beynəlxalq konfransın açılış mərasimində çıxışı zamanı bildirib. 

"Kənd təsərrüfatı Nazirliyi ilə birgə işləyirik. Biz birgə "yaşıl" kənd təsərrüfatına dəstək verilməsi üçün birgə fəaliyyət planı hazırlamışıq", - M. Babayev qeyd edib. 

Onun sözlərinə görə, torpaqlarımız işğaldan azad edilməsi bu sektorun inkişafında yeni mərhələ olub:

"Torpaqlarımızın 30 il Ermənistanın işğalında olması bu regionun ekosisteminə çox mənfi təsir edib. Azərbaycan regionda meşə bərpasını həyata keçirməyi planlaşdırır. Bu da iqlim dəyişikiyi və torpaq deqradasiyasının qarşısını almağa yönəlib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bizim uzunmüddətli partnyorumuzdur. Bu əməkdaşlıq insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində nəzərəçarpan dəyişikliklər edib". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO