2 uşağını atıb qaçan ana özünü yandırmaq istədi - VİDEO 

2 uşağını atıb qaçan ana özünü yandırmaq istədi - VİDEO 

Hazırda oxunan: 2 uşağını atıb qaçan ana özünü yandırmaq istədi - VİDEO 

72951

Sosial şəbəkələrdə ötən gün uşaqlarını sığınacağa ataraq gedən qadının görüntüləri yayılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Lent.az-a məlumat verən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib ki, qadının sığınacaq işçilərinə qeyri-etik ifadələr işlətdiyi üçün videonu yaymalı olduq:

“Dünən uşaqlarını sığınacağa qapıdan tələsik verib gedən qadın səhər gəlib qeyri-etik ifadələr işlədərək uşaqları geri götürmək istədiyini bildirdi. Amma biz uşaqları qadına vermədik. Uşaqları yalnız yerli icra hakimiyyətinin qərarından sonra qadına təhvil verə biləcəyimizi bildirdik. Bundan əlavə, qadın uşaqları və özünü benzinlə yandıracağı ilə bağlı hədələr işlətdi. Buna görə də biz videonu ictimailəşdirdik”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO