ABŞ Kəşfiyyatı rus generalların öldürülməsində Ukraynaya kömək edib – “New York Times”

ABŞ Kəşfiyyatı rus generalların öldürülməsində Ukraynaya kömək edib – “New York Times”

Hazırda oxunan: ABŞ Kəşfiyyatı rus generalların öldürülməsində Ukraynaya kömək edib – “New York Times”

72821

ABŞ-ın Ukrayna ilə paylaşdığı kəşfiyyat məlumatları Rusiyanın komanda mərkəzlərini hədəf almaq və rus generallarını öldürmək üçün istifadə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “New York Times” nəşri yayıb.

Eyni zamanda, mənbələr bu cür zərbələrin heç də hamısının Amerika məlumatlarına əsaslanmadığını qeyd edib. Xüsusən də Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun aprelin 30-da İzyumdakı komanda məntəqəsində olduğu zaman edilən hücumun adı çəkilir.

Bildirilir ki, Vaşinqton Gerasimov kimi Rusiyanın ali hərbi rəhbərliyinin həyatına qəsd üçün məlumatlarının istifadəsinə icazə verməzdi.
Ukrayna iddia edir ki, müharibə başlayandan bəri 12 yüksək rütbəli rus zabiti cəbhədə həlak olub. 

“Bu, ən azı Qərb ordularının standartları ilə müqayisədə anomal rəqəmdir”. Qərb ekspertləri belə deyir. 

Rusiya ordu komandirinin iki müavini - general-mayor Andrey Suxovetski və general-mayor Vladimir Frolovun ölümünü rəsmən təsdiqləyib.

ABŞ bu yaxınlarda açıq şəkildə etiraf edib ki, Ukrayna ilə geniş kəşfiyyat məlumatlarını paylaşır. ABŞ-ın NATO müttəfiqləri də Kiyevə öz kəşfiyyat orqanlarından məlumat ötürürlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO