“Vətənpərvər Azərbaycan gəncliyi” devizi altında AÇIQ DƏRS - FOTO

“Vətənpərvər Azərbaycan gəncliyi” devizi altında AÇIQ DƏRS - FOTO

Hazırda oxunan: “Vətənpərvər Azərbaycan gəncliyi” devizi altında AÇIQ DƏRS - FOTO

72800

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə plana uyğun olaraq paytaxtın Nizami rayonunda yerləşən 70 saylı məktəb-lisey kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Vətənpərvər Azərbaycan gəncliyi” devizi altında “Zabit olmaq, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindəndir” mövzusunda “Çağırışaqədərki hazırlıq” fənni üzrə açıq dərs keçirilib.

Xidmətdən Bizim.Media-ya verilən xəbərə görə, hərbi rəhbər Vasif Qarayev gənclərin mənəvi-psixoloji baxımdan hərbi həyata hazırlığı üçün xüsusi əhəmiyyətə malik "Çağırışaqədərki hazırlıq" fənni üzrə açıq dərsi nümunəvi formatda qurub.

Hərbi intizama uyğun olaraq sıra baxışı keçirildikdən sonra şagirdlər hərbi kabinetdə öz yerlərini tutublar. Şəhidlərimizin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlərə açıq dərsin mövzusu təqdim edilib.
SHXÇDX-nin idarə rəisi polkovnik-leytenant Füzuli İsmayılov çıxışında qeyd edib ki, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə milli ordu quruculuğu prosesinin əsası qoyulub, qısa müddətdə bu sahədə ciddi nailiyyətlər əldə edilmiş, vahid komandanlıqdan idarə edilən Silahlı Qüvvələr formalaşdırılıb.

Dahi şəxsiyyət Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyinin Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardığını ifadə edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Mürsəl Qurbanov bildirib ki, Ulu Öndərin Azərbaycanın gələcək inkişafı naminə müəyyənləşdirdiyi siyasət bu gün ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Açıq dərsdə 44 günlük Vətən müharibəsində şanlı zəfər qazanan Azərbaycan Silahlı Qüvvələrinin qüdrətindən bəhs olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO