Bu nazirlik və qurumlarının vahid Çağrı Mərkəzi yaradıldı

Bu nazirlik və qurumlarının vahid Çağrı Mərkəzi yaradıldı

Hazırda oxunan: Bu nazirlik və qurumlarının vahid Çağrı Mərkəzi yaradıldı

72642

Vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına (Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə Nazirlik üzrə vahid platforma – 195-1 Çağrı Mərkəzi yaradılıb. 

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, İqtisadiyyat Nazirliyi və qurumlarına "195-1" qaynar xətti vasitəsilə ölkənin istənilən regionundan birbaşa zəng etmək olar.

Çağrı Mərkəzi tərəfindən göstərilən xidmətlər ödənişsizdir. 

4 may 2022-ci il tarixindən etibarən 195-1 Çağrı Mərkəzi iş günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO