Sinqapur dünyanın texnologiya mərkəzinə çevrilir.
Bizim.Media "Forbese"a istinadən Sinqapuru bunun üçün əlverişli edən beş səbəbi təqdim edir.
Bunun əsas səbəblərindən biri Sinqapurun açıq və dünya ilə əlaqəli ölkə olmasıdır. Coğrafi mövqeyi bütün dünyayla əlaqəlidir.
Belə ki Dünyada texnologiyanın satışı olan əsas ölkələr Sinqapur ətrafındadır. Bütün Asiya, Afrika, Avropa və Avstraliya Sinqapurdan rahat getmək mümkündür. Bu da Dünyanın böyük texnologiya şirkətlərinin istehsalını çatdırılmanı asanlaşdırır.
İkinci səbəb Azad Ticarət Razılaşmasıdır. Sinqapur 5 milyonluq kiçik ölkə olsa da dünyada böyük azad ticarət razılaşması imzalayıb.
Sinqapur ən böyük iki Azad Ticarət Müqaviləsi Avropa birliyi ilə və Trans - Sakit Okean ölkələri ilə imzalayıb. Həmçinin, ABŞ və Çin arasında soyuq münasibətlərdə Çin kimi rəqib qarşısında Sinqapuru daha da möhkəmlətdi.
Üçüncü səbəb isə Sinqapurun ticarət zamanı şirkətlərdən bütün bazalarını öz serverlərində yerləşdirməsini tələb etməməsidir. Çin başqa ölkələrlə ticarət zamanı bunu tələb edir. Bu da bütün ticari məlumatların Çin bürokratlarının əlinə keçməsinə səbəb olur.
Dördüncü səbəb isə innovasiyaya edilən yatırımlardır. Təkcə 2020 - ci ildə Sinqapur höküməti bu sahəyə 19 milyard dollar yatırım edib.
Beşinci səbəb kimi isə təhlükəsizlik göstərilir. Dünya Çinin ABŞ ilə baş verə biləcək müharibə haqqında ehtimalları nəzərə alaraq, Sinqapura yatırımlarını artırır.
Bizim.Media, Vüqar Ağamalıoğlu
- A-
- A
- A+
Dünya
12:45 / 03.01.2021
Dünya Texnologiyası niyə Sinqapura köçür? - 5 səbəb
Hazırda oxunan: Dünya Texnologiyası niyə Sinqapura köçür? - 5 səbəb
Hazırda oxunan: Dünya Texnologiyası niyə Sinqapura köçür? - 5 səbəb
7255
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.