Ermənistanın xarici işlər nazirinə ABŞ-da Türkiyə bayrağı hədiyyə edildi - VİDEO

Ermənistanın xarici işlər nazirinə ABŞ-da Türkiyə bayrağı hədiyyə edildi - VİDEO

Hazırda oxunan: Ermənistanın xarici işlər nazirinə ABŞ-da Türkiyə bayrağı hədiyyə edildi - VİDEO

72499

Xəbər verdiyimiz kimi, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-a gedib. Səfər çərçivəsində o, dövlət katibi Entoni Blinkenlə görüşüb.  

Blinken erməni nazirlə görüşdə “ABŞ Ermənistan və Azərbaycan arasında dialoqu alqışlayır” sözlərini deyib. Mirzoyanın bu səfəri erməni diasporu tərəfindən etirazla qarşılanıb. 

Bizim.Media xəbər verir ki, xüsusilə “Daşnaksütyun”un Vaşinqton Gənclər Partiyası Ermənistanın Türkiyə ilə bağlı siyasətilə razılaşmadıqlarını bəyan ediblər.

Bunun bariz nüminəsi kimi, partiyanın fəalı Ermənistanın xarici işlər nazirinə qızılgül buketi və Türkiyə bayrağı hədiyyə edib.

Qapını açaraq “hədiyyələri” qəbul edən xanımın adı isə açıqlanmır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO