Bu il ən çox qol vuran futbolçuların SİYAHISI

Bu il ən çox qol vuran futbolçuların SİYAHISI

Hazırda oxunan: Bu il ən çox qol vuran futbolçuların SİYAHISI

72451

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2022-ci ilin ilk dörd ayı ərzində ən çox qol vurmuş futbolçuların adları açıqlayıb.

Bizim.Media xəbər verir ki, siyahıya PSJ-nin hücumçusu Kilian Mbappe və “Bavariya"nın forvardı Robert Levandovski başçılıq edir.

Hər iki futbolçu indiyədək çıxış etdikləri çempionatlarda 15 dəfə fərqləniblər. İtaliya “Latsio”sundan Çiro İmmobile, Macarıstan “Paksi”sindən Martin Adam və Qananın “Asante Kotoko” klubunda çıxış edən kamerunlu Frank Etuqa hərəyə 14 qola imza atıblar.
Siyahıdakı 26 futbolçudan 4-ü 13, 6-sı 12, 11 isə 11 qolla yadda qalıb. Azərbaycan Premyer Liqasında 2022-ci ildə ən çox qolu “Qarabağ”dan Kadi Borges vurub. 26 yaşlı yarımmüdafiəçi 7 dəfə topu rəqib qapılarından keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO