Lavrovdan SKANDAL BƏYANAT:

Lavrovdan SKANDAL BƏYANAT: "Ən qızğın antisemitlər adətən, yəhudilər olur" - VİDEO

Hazırda oxunan: Lavrovdan SKANDAL BƏYANAT: "Ən qızğın antisemitlər adətən, yəhudilər olur" - VİDEO

72424

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun açıqlamaları diplomatik skandala səbəb olub. 

Bizim.Media xəbər verir ki, nazir Ukraynada “nasifikasiya”nın olduğunu bildirib. Onun sözlərinə görə, əsir götürülən Ukraynanın “Azov” və “Aidar” hərbi batalyonları, eləcə də digər birləşmələr üzərlərində “svastika, nasist batalyonlarının simvolu və döymələri”ni gəzdirirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Lavrov Qərbi ittiham etdi: “Ukraynanı 2-ci Əfqanıstana çevirmək istəyirlər”


O, əlavə edib ki, Ukrayna prezidenti Vladimir Zelenski “bir arqument irəli sürür: o, yəhudidirsə, onlarda hansı nasizm ola bilər”.

Sergey Lavrov isə qeyd edib ki, “Səhv etmirəmsə, Hitlerdə də yəhudi qanı olub. Bu, heç nə demək deyil, müdrik yəhudi xalqı deyir ki, ən qızğın antisemitlər adətən, yəhudilər olur”. 

Bu bəyanatdan sonra Rusiya səfiri Anatoli Viktorov İsrail Xarici İşlər Nazirliyinə çağırılıb. 

“Rusiya xarici işlər naziri Sergey Lavrovun təhqiramiz ifadələrindən sonra Rusiyanın İsraildəki səfiri Avrasiya departamentinin baş direktorunun müavini ilə izahat xarakterli söhbət üçün Xarici İşlər Nazirliyinə çağırılıb”, - deyə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO