Azərbaycan bazarına mövsümdən erkən gətirilən MEYVƏLƏR – Sağlamlıq üçün ZİYANLIDIRMI?

Azərbaycan bazarına mövsümdən erkən gətirilən MEYVƏLƏR – Sağlamlıq üçün ZİYANLIDIRMI?

Hazırda oxunan: Azərbaycan bazarına mövsümdən erkən gətirilən MEYVƏLƏR – Sağlamlıq üçün ZİYANLIDIRMI?

72414

Vaxtından tez bazara buraxılan meyvələrin əksəriyyətinin Azərbaycana xaricdən idxal olunduğu ehtimal edilir. Bu isə bütün meyvə və meyvəçilik sahəsinə aid deyil. Belə ki, Azərbaycanda istixana şəraitində ərik, gilas, gilanar kimi meyvələr mövsümündən əvvəl satışa çıxarılır.

Mütəxəssislər hesab edirlər ki, bütün nemətlər öz mövsümünə uyğun olaraq istehlak edilməlidir. Məsələn qışda pomidor yeməyin insan bədəninə o qədər də xeyri yoxdur. İllah da bu meyvə-tərəvəz süni üsulla, dərmanlarla yetişdirilə.

Amma yaz qabağı bazarlarda çiyələyin, gilas və ərik kimi meyvələrin bir az erkən görünməsi vətəndaşlarda sual yaradır ki, bu nemətlərdən istifadə oluna bilərmi?
 

MÖVZU İLƏ BAĞLI:

GMO-lu məhsulları necə ayırd etmək olar? – Ekspert YOLUNU GÖSTƏRDİ  


Azərbaycan çox da böyük ölkə olmadığından onun şimalı ilə cənubu arasında o qədər də məsafə yoxdur. İqlim dəyişilməsi böyük sürətlə baş vermir. 

Araşdırmamız zamanı məlum olub ki, artıq bazarlarda olan mövsümi meyvələr ölkəmizə təkcə xaricdən gətirilmir. Elə özümüzdə də bu cür istehsal mövcuddur və aprel ayının 20-dən sonra bazaralara öz gilas, ərik və alçalarımız çıxarılır.

Aprel ayının ortalarında “Siyəzən Broyler” ASC-nin istixanalarında ərik yığımına başlaması bu arqumenti bir daha təsdiqləyir.

Bizim.Media-a danışan iqtisadçı ekspert Akif Nəsirli əriyin erkən olaraq may ayının 3-cü on günlüyündə Naxçıvandan gəldiyini qeyd edib: 

“İndi hansısa müəssisə özü istixanada ərik yetişdirirsə, bunun heç bir zərəri yoxdur. Mən hesab edirəm ki, tərəvəzlər yetişdirilərkən onlara daha çox müdaxilə olur, yemləmə verilir. Meyvələr ağacda yetişir deyə, ağacın struktur etibarı ilə ağaca yemləmə vermək çətindir”.

Akif Nəsirli bildirir ki, ərik, gilas, gilanar kimi meyvələrin mövsümündən erkən yetişdirilməsi normal haldır:

“Bu bazarın zənginliyini artıran məsələlərdəndir. Əgər şübhələr varsa, AQTA bu işə cəlb olunmalı və seçmə üsulu ilə meyvələr istifadəyə yararlı və ya yararsız olduğu yoxlanılmalıdır”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO