ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Adam Kinzinqer Rusiyanın kütləvi qırğın silahlarından istifadə edəcəyi halda Ukraynanın müdafiəsi üçün ABŞ hərbi qüvvələrinin istifadəsinə icazə verən qətnamə layihəsi təqdim edib.
Bizim.Media xəbər verir ki, bu təşəbbüs təsdiq olunarsa, ABŞ prezidentinə Rusiyanın Ukraynaya qarşı kimyəvi, bioloji və ya nüvə silahlarından istifadə etməsi ssenarisinə cavab vermək üçün ABŞ Silahlı Qüvvələrindən istifadə etmək səlahiyyəti verəcək.
“Dövlət katibi Enton Blinkenlə danışdıqdan və onun Rusiya Prezidenti Vladimir Putinin kimyəvi silahdan istifadə ehtimalı ilə bağlı ciddi narahatlığını dinlədikdən sonra, əminəm ki, ABŞ dünya ictimaiyyətinə mənasız zorakılığa dözməyəcəyini nümayiş etdirəcək”-deyə, Kinzinqer bildirib.
Konqresmenin sözlərinə görə, bu qətnamə ABŞ administrasiyasının Rusiya kimyəvi, bioloji və ya nüvə silahlarından istifadə edərsə, müvafiq tədbirlər görməsini təmin etmək üçün hazırlanıb:
“Biz bəşəriyyətin müdafiəsinə qalxmalıyıq və bunu müttəfiqlərimizlə birlikdə etməliyik”, - ABŞ qanunvericisi vurğulayıb.
İndiyədək ABŞ prezidenti Cozef Baydenin administrasiyası Amerika qoşunlarının Ukraynaya göndərilməsi ehtimalını qəti şəkildə rədd edərək, belə bir ssenarinin Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşma riskini doğuracağı ilə izah edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
07:49 / 02.05.2022
ABŞ hərbçilərini Ukraynaya göndərəcək? - Qətnamə Konqresə təqdim edildi
Hazırda oxunan: ABŞ hərbçilərini Ukraynaya göndərəcək? - Qətnamə Konqresə təqdim edildi
Hazırda oxunan: ABŞ hərbçilərini Ukraynaya göndərəcək? - Qətnamə Konqresə təqdim edildi
72353
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.