Ermənistanın Baş Prokurorluğu ölkədə davam edən etiraz aksiyaları ilə bağlı bəyanat yayıb.
Bizim.Media Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə informasiyanı prokurorluğun mətbuat xidməti verib.
Mənbə yazır ki, müxalifətin və digər vətəndaşların davam edən etiraz aksiyaları fonunda nifrət və dözümsüzlük nitqləri, zorakılıqdan istifadənin və ya zorakılığa haqq qazandıran çağırışların sayı kəskin artıb:
“Özlüyündə bu, kriminogen bir hadisədir və yeni cinayətlərin törədilməsi ehtimalını əhəmiyyətli dərəcədə artırır”.
Baş Prokurorluq qeyd edib ki, digər vətəndaşların hüquq və qanuni mənafelərini, normal ictimai həyatı pozmaqla etiraz aksiyaları keçirilə bilməz.
Baş Prokurorluq etirazların təşəbbüskarlarına və rəhbərlərinə, onların iştirakçılarına “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun müddəaları çərçivəsində davranmaq, Ermənistanın daxili təhlükəsizliyini təhdid edən hərəkətlərdən çəkinmək zərurəti barədə xəbərdarlıq edib.
Departament vurğulayıb ki, qanunu cinayət yolu ilə pozmağa cəhd edən şəxslər qeyd-şərtsiz hüquqi məsuliyyətə cəlb olunacaqlar.
Bizim.Media
- A-
- A
- A+
Region
13:26 / 01.05.2022
Ermənistan Baş Prokurorluğundan müxalifətə XƏBƏRDARLIQ
Hazırda oxunan: Ermənistan Baş Prokurorluğundan müxalifətə XƏBƏRDARLIQ
Hazırda oxunan: Ermənistan Baş Prokurorluğundan müxalifətə XƏBƏRDARLIQ
72303
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.