Doğum günündə oğlunu Özcanla görüşməyə qoymadı - FOTO 

Doğum günündə oğlunu Özcanla görüşməyə qoymadı - FOTO 

Hazırda oxunan: Doğum günündə oğlunu Özcanla görüşməyə qoymadı - FOTO 

72150

Keçmiş həyat yoldaşı Feyza Aktan haqqında cinayət işi açan müğənni Özcan Dəniz oğlu Kuzeydən 10 gündür xəbər almadığını bildirərək, emosional paylaşım edib.  

Bizim.Media xəbər verir ki, oğlunu görə bilmədiyini deyən Dəniz üç yaşı tamam olan Kuzeyin doğum gününü yenə tək qeyd edib.  

Oğlu Kuzeyin körpə ikən çəkdirdiyi fotosunu paylaşan Dəniz "Bu gün sənin ad gününü qeyd edəcəkdik, oğlum. Razılaşdıq, amma göndərilmədin. Sol tərəfim sənindir. Ürəyimdə sənə qarşı saf, misilsiz bir sevgi var. O, həmişə sənindir.  

Gəlməyin üçün bir həftə hazırlaşdıq, hər yeri bəzədik. Sevdiyin tortu hazırladım. Sənə bir sürprizim var idi, oğlum. Sənə söz verdiyim otağı düzəltdim. Gələ bilmədin, amma yenə də ad gününü qeyd etdik. Mən səni çox sevirəm oğlum. Ad günün mübarək, ad günün mübarək. Allah böyükdür".  
Oğlu üçün hazırladığı tortla fotosunu paylaşan Dəniz "Ad günün mübarək, canım oğlum. Ad günün mübarək" deyə, paylaşımda yazıb.  

Qeyd edək ki, müğənni keçmiş həyat yoldaşı Feyza Aktanla qalmaqallı şəkildə boşanıb. Aktan Özcanın ona şiddət göstərdiyini iddia etmişdi.  

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO