ABŞ-da son 70 ildə ilk dəfə qadın edam ediləcək

ABŞ-da son 70 ildə ilk dəfə qadın edam ediləcək

Hazırda oxunan: ABŞ-da son 70 ildə ilk dəfə qadın edam ediləcək

7209

ABŞ-da 70 ildə ilk dəfə bir qadın edam ediləcək.

Bizim.Media NBC News kanalına istinadən xəbər verir ki, ABŞ Federal Apellyasiya Məhkəməsi tərəfindən ilk dəfə bir qadın barədə ölüm hökmü çıxarılıb.

Məhkum Liza Montqomeri 2004-cü ildə hamilə qadının xüsusi amansızlıqla qətlə yetirilməsində təqsirli bilinir. Hökmə görə məhkum Liza dekabrın 8-də İndianada ölümcül inyeksiya ilə edam olunmalı idi. Amma edam cəzası təxirə salınıb. Buna səbəb isə məhkum qadının vəkillərinin koronavirusa yoluxması və cəzasının yüngülləşdirilməsi üçün vəsatət hazırlamaları olub. Daha sonra bölgə məhkəməsi icranı 12 yanvar tarixinə təxirə salıb.

Hazırda bu qərar da ləğv edilib və icranın 12 yanvar tarixindən əvvəl reallaşa biləcəyi söylənilir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO