!Qaz təchizatında həllini gözləyən müəyyən problemlər var, lakin qaz xətlərinə hava vurulub abonentlərə satılması ilə bağlı yayılan məlumatlar əsassızdır”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında sosioloq Elçin Bayramlı söyləyib.
Ekspert bildirib ki, xətlərə havanın vurulması prosesi sırf profilaktik tədbirlər və təmirlər zamanı ola bilər:
“Həmin vaxt boru xətti hər iki tərəfdən bağlanır, qaz verilişi dayandırılır və xətdəki suyu çıxarmaq üçün kompressorla yüksək təzyiqli hava vurulur boru təmizlənir. Sonra qaz verilişi bərpa olunur. Bu proses zamanı abonetlərə qaz verilmədiyindən sayğac da yaza bilməz. Yalnız prosesdən sonra 2-3 saniyə hava gələ bilər ki, bu da boruda qalmış cüzi hava ilə bağlıdır. Həmin borunun içində qalmış cüzi hava, qaz verilişi bərpa olunarkən ilk saniyələrdə hətta sayğacdan keçərək qaz cihazlarına gəlsə belə heç bir məbləğ yaza bilməz”.
Qazın hava ilə qarışmasının mümkünsüzlüyünü ifadə edən ekspert əlavə edib ki, ümumiyyətlə, qaz xəttinə hava qarışdırılsa, oksigen qazla qarışaraq partlayışlar törədə bilər:
“Bu qazların sıxlığı, tərkibi, xüsusiyyəti tamam fərqlidir. Sosial şəbəkələrdə yayılmış videolarda da görünür ki, bu proses günün günorta çağı hamının gözü qabağında aparılır, halbuki belə bir məqsəd olsa bunu gecə vaxtı və ya yaşayış massivindən kənarda gizlicə edərdilər. Yəni, burada texniki mümkünsüzlükdən əlavə, məntiq də yoxdur”.
Leyla Şah, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 30.04.2022
Qaz xətlərinə niyə hava vurulur? – Ekspert TƏKZİB ETDİ
Hazırda oxunan: Qaz xətlərinə niyə hava vurulur? – Ekspert TƏKZİB ETDİ
Hazırda oxunan: Qaz xətlərinə niyə hava vurulur? – Ekspert TƏKZİB ETDİ
72084
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.