Aprelin 29-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlar ilə toplantı keçirilib.
Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, toplantıda birlik, birləşmə, əlahiddə hərbi hissə komandirlərinin və xüsusi təyinatlı hərbi təhsil müəssisələri rəislərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri, hərbi psixoloqlar, eləcə də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, Bakı şəhər Narkoloji Mərkəzinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov toplantı iştirakçıları ilə görüşüb.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları toplantı iştirakçılarının nəzərinə çatdırıb.
Müdafiə naziri şəxsi heyət arasında tərbiyə işində fərdi yanaşma metoduna üstünlük verilməsinin əhəmiyyətini, eləcə də qarşılıqlı münasibətlərin qurulmasında nizamnamələrin tələblərinə ciddi əməl edilməsini xüsusi vurğulayıb.
Sonra müdafiə naziri tərbiyəvi işin planlı şəkildə aparılması, qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə hər an hazır olmaları üçün ideoloji iş və mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi ilə bağlı konkret göstərişlər verib.
Toplantıda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığına, vətənpərvərlik hissinə təsir edən bir çox mövzular ətrafında fikir mübadiləsi aparılıb, mühazirələr dinlənilib və maraq doğuran suallar cavablandırılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:01 / 29.04.2022
Zakir Həsənov zabitlərə tapşırıq verdi: “Hər an hazır olun” - FOTO
Hazırda oxunan: Zakir Həsənov zabitlərə tapşırıq verdi: “Hər an hazır olun” - FOTO
Hazırda oxunan: Zakir Həsənov zabitlərə tapşırıq verdi: “Hər an hazır olun” - FOTO
72061
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.