XİN-də vacib görüş: NATO-dan Azərbaycana dəstək - FOTO

XİN-də vacib görüş: NATO-dan Azərbaycana dəstək - FOTO

Hazırda oxunan: XİN-də vacib görüş: NATO-dan Azərbaycana dəstək - FOTO

71951

NATO Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir.

Bizim.Media Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu barədə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina xarici işlər naziri Ceyhun Bayramovla görüşündə bildirib.

Görüşdə tərəflər Azərbaycan və NATO arasında qarşılıqlı faydalı əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov Azərbaycanın NATO ilə qarşılıqlı maraqlar və bərabərhüquqluluq əsasında tərəfdaşlığın davam etdirildiyini qeyd edib, xüsusilə də ölkəmizin Alyansın sülh əməliyyatlarında iştirakı təcrübəsinə istinad edib.
Nazir, bölgədə mövcud olan cari vəziyyət, xüsusilə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, sülh müqaviləsinin hazırlanması, sərhədin delimitasiyası, bütün kommunikasıyaların açılışı və etimad quruculuğu tədbirləri barədə qarşı tərəfə məlumat verib.

Xüsusi nümayəndə Xavyer Kolomina NATO-nun Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyini qeyd edib.

Görüşdə tərəflər, enerji təhlükəsizliyi, Azərbaycanın Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO