Ceyhun Bayramov Rusiya Prezidentinin xüsusi nümayəndəsi ilə görüşdü - FOTO

Ceyhun Bayramov Rusiya Prezidentinin xüsusi nümayəndəsi ilə görüşdü - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Rusiya Prezidentinin xüsusi nümayəndəsi ilə görüşdü - FOTO

71922

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər məsələləri üzrə ikitərəfli məsləhətləşmələr çərçivəsində 28 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov MDB-nin iştirakçı dövlətləri olan həmsərhəd dövlətlərlə Rusiya Federasiyasının dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Rusiya nümayəndə heyətinin başçısı Mixail İvanoviç Petrakovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Bizim.Media xəbər verir ki, görüşdən öncə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Petrakovun başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında ikitərəfli məsləhətləşmələr keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov Bolqarıstana təşəkkür etdi - FOTO


Məsləhətləşmələr zamanı Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın implementasiyası ilə bağlı məsələlər, növbəti Xəzər Zirvə görüşünə hazırlıq, Xəzəryanı dövlətlər arasında hazırda razılaşdırma mərhələsində olan sahəvi əməkdaşlıq məsələləri ilə bağlı saziş layihələri ətrafında fikir mübadiləsi aparılıb. 

Nazir Ceyhun Bayramovla görüş zamanı Xəzər məsələləri üzrə əməkdaşlıq, eləcə də delimitasiya və kommunikasiyaların açılması da daxil olmaqla, Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı məsələlər müzakirə edilib. 

Həmçinin ikitərəfli gündəliyin geniş spektrini əhatə edən məsələlər üzrə də fikir mübadiləsi aparııb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO