“Kreml İrəvanın oyununu bir müddət daha passiv formada dəstəkləyəcək” – Vadim Dubnov ilə MÜSAHİBƏ

“Kreml İrəvanın oyununu bir müddət daha passiv formada dəstəkləyəcək” – Vadim Dubnov ilə MÜSAHİBƏ

Hazırda oxunan: “Kreml İrəvanın oyununu bir müddət daha passiv formada dəstəkləyəcək” – Vadim Dubnov ilə MÜSAHİBƏ

71915

Tanınmış analitik, Qafqaz üzrə ekspert Vadim Dubnov Bizim.Media-nın suallarını cavablandırıb. Azərbaycan-Ermənistan münasibətləri haqqında danışan ekspert sülh müqaviləsinin hələ bir müddətdə uzanacağını hesab edir. 

- Cənab Dubnov, Qarabağda hərbi era başa çatıb, indi sülh vacibdir. Necə düşünürsüz, sülh müqaviləsinin bağlanmasına maneələr nələrdir?

- Mənə elə gəlir ki sülh müqaviləsinin özü ilə bağlı böyük çətinliklər var. Çünki bu vəziyyətdə sülh müqaviləsi sadəcə olaraq başa düşülən şey deyil. Kifayət qədər geniş məsələlər var. Əslində sülh müqaviləsi müxtəlif sazişlərin böyük bir paketidir. Burada sərhədin delimitasiyası və demarkasiyası və kommunikasiyaların açılması üçün bəzi şərtlər daxildir.

Bu sülh müqaviləsinin ana xəttidir. Düşünürəm ki, bu sülh müqaviləsinin, bu paketin bütün məsələləri bir-biri ilə tam, o dərəcədə bağlıdır ki, tərəflər üzbəüz diplomatiya aparmalıdırlar. Çünki birbaşa təmaslarda bir məsələdə razılaşacaqlar, başqa məsələdə güzəştə gedəcəklər. Bütün bunlar isə olduqca mürəkkəbdir.
- Sülh üçün Brüssel və Moskvanın səyləri var. İkisi də vasitəçi olmaq istəyir. Sizcə onların maraqları toqquşur?

- Moskva ilə Brüssel arasında, Rusiya ilə Qərb arasında Azərbaycan-Ermənistan münaqişəsinin, daha doğrusu sülh müqaviləsi üçün atılan addımlarda ciddi bir fikir ayrılığı görmürəm. Bu, bəlkə də Qərblə rəsmi Moskvanın qərarlarının uzlaşdığı yeganə modeldir. Lakin birbaşa təmaslarla və ya vasitəçilərin köməkliyi ilə də məsələnin həlli elə də asan olmayacaq. Mən Prezident İlham Əliyevin çıxışını xatırlatmaq istəyirəm. O deyib ki, “Qarabağa statustan söhbət gedə bilməz. Orada hər hansısa bir dövlət yoxdur, olmayacaq”.

- Düşünürsüz ki, bu fikirlərə görə sülh əldə etmək çətindir?

- Hesab edirəm ki, bütün bu improvizasiyalar İrəvan tərəfindən həyata keçirilir, çünki müharibədən sonra mümkün manevrlərin imkanları xeyli daralıb və Bakının daimi təzyiqi, o cümlədən güc təzyiqi altında İrəvan ilk növbədə müəyyən qərarlar qəbul etməlidir.

- Yəqin ki, düz anladım, sülhə maneə olan Ermənistandır. Keçək digər məsələyə. Sülhməramlılar. Bu gün onlar niyə Qarabağdadırlar? Təbii ki, razılaşma var, onu nəzərdə tutmuram. Yəni onlara ehtiyac var?

- Sülhməramlıların fəaliyyətinə gəldikdə deyə bilərəm ki, sülhməramlılar Qarabağda kifayət qədər “instrumental kateqoriyaya” çevrilirlər. Ümumiyyətlə, mən sülhməramlıların Moskvanın Cənubi Qafqazda təsirini gücləndirmək üçün rıçaq olduğuna inanmağa meylli deyiləm. İndi Rusiyanın Ukrayna hadisələri ilə bağlı başı dərddədir. Qarabağda olan ordusunu da ərazidən çıxarmaq fikrində deyil. Düşünürəm ki, elə bu səbəbdən də Rusiya hələ bir müddət də İrəvanın nazını çəkəcək. İrəvanın oyununu passiv formada dəstəkləyəcək.

- Cənab Dubnov, müsahibə üçün vaxt ayırdığınız üçün təşəkkür edirik.

- Sağ olun.

Tehran, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO