Bakının

Bakının "MƏMUR REKETLƏRİ" – Onlar hansı sahələrə nəzarət edirlər?

Hazırda oxunan: Bakının "MƏMUR REKETLƏRİ" – Onlar hansı sahələrə nəzarət edirlər?

71877

“Küçə ticarəti sahəsində normal hüquqi bazanın olmamasında hüquq mühafizə orqanları, yerli icra strukturları maraqlıdır”.

Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda küçə ticarətinə qarşı ara-sıra aparılan mübarizənin yalnız kampaniya xarakteri daşıdığı, real mübarizənin isə aparılmaması səbəblərindən danışarkən deyib. 

Ekspert düşünür ki, əslində küçə ticarətilə mübarizə aparmaqdansa, prosesi qanuni qaydaya salmaq daha məntiqlidir:
 

MÖVZU İLƏ BAĞLI:

Polis piyada səkilərini zəbt edən alverçiləri cərimələdi - FOTO


“Dünyanın bir çox ölkələrində küçə ticarəti anlayışı var. Sadəcə, digər ölkələrdə küçə ticarəti daha mədəni formada, qida təhlükəsizliyinə əməl edilməsi şəraitində, vergilərin ödənilmsi çərçivəsində baş verir. Azərbaycanda da bu sahənin normal hüquqi bazası yaradılmalıdır. Digər ölkələrdə küçə ticarəti bələdiyyələrin nəzarətindədir. Məhz onlar lisenziya verir, yoxlamalar aparır və küçə ticarətindən gələn vergi və lisenziya pulları bələdiyyə büdcəsinin nəzərəçarpacaq hissəsini təşkil edir”.

N. Cəfərli deyir ki, küçə ticarətilə bağlı mövcud vəziyyətin qalması küçələrə nəzarət edən qurumların marağına cavab verir:

“Bu istiqamətdə normal hüquqi bazasının olmaması elə küçələrə nəzarət edən qurumların marağındadır. Konkret olaraq, hüquq müfafizə orqanları və yerli icra hakimiyyəti strukturlarına yaranmış vəziyyət sərf edir. Ona görə də həmin qurumlar küçə ticarətinə özlərinə sərf edən formada nəzarət edirlər. Belə vəziyyətdən istifadə etməklə onlar küçə ticarətilə məşğul olanlardan müəyyən qanunsuz haqq da alır. Nəticədə bu sahədə belə qarmaqarışıqlıq yaranır”.

Sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilən bu məsələ kifayət qədər ciddi xarakter alıb. Əksər küçə ticarəti ilə məşğul olan insanlar bildirirlər ki, onlar əraziyə nəzarət edən şəxslərə haqq verməklə gündəlik “çörək pulu”nu qazanırlar. Amma bu məsələ yaz-yay aylarında kifayət qədər geniş vüsət alır.
Ərazilərdə anti-sanitariya baş alıb gedir və kifayət qədər də qida təhlükəliyinin yaranmasına səbəb olur. Ticarətçilər öz aralarında onlara nəzarət edən şəxsləri “bizim məmur reketlərimiz” də adlandırırlar.

Bu cür məmur reketlər təkcə küçə ticarətinə deyil, avtomobillərin parklanmasına, dilənçilərə də nəzarət edirlər. Onların əlində böyük şəbəkənin olduğu söylənilir.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO