Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çiyni çıxıb.
Bizim.Media xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç açıqlama verib.
O bildirib ki, rəqiblə ikili mübarizədən sonra yerə yıxılan 25 yaşlı forvard problemi özü yoluna qoyub: "O, həkimlər meydana daxil olanadək çiynini yerinə salıb".
M.Emreli həmin epizoddan sonra ayağa qalxaraq, oynamağa davam edib. Forvard 75-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Mahir Emreli "Qoritsa"ya 1:0 hesabı ilə qalib gəldikləri XXXII tur oyununda zədələnib. Futbolçunun bərpası üçün müəyyən dövrə ehtiyac duyulub. O, artıq müalicəyə başlayıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
16:10 / 27.04.2022
Mahir Emreli ağır zədələndi: "O, həkimlər meydana daxil olanadək..."
Hazırda oxunan: Mahir Emreli ağır zədələndi: "O, həkimlər meydana daxil olanadək..."
Hazırda oxunan: Mahir Emreli ağır zədələndi: "O, həkimlər meydana daxil olanadək..."
71725
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.