1000-dən çox maşın postlardan geri qaytarıldı

1000-dən çox maşın postlardan geri qaytarıldı

Hazırda oxunan: 1000-dən çox maşın postlardan geri qaytarıldı

7172

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı-Quba, Bakı-Şamaxı, Bakı-Qazax yollarında quraşdırılmış xüsusi karantin postlarında Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Bizim.Media-ya Daxili İşlər Nazirliyindən verilən mlumata görə, 2021-ci il yanvarın 1-də həmin postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən – Bakı-Quba yolunda 170, Bakı-Şamaxı yolunda 230, Bakı-Qazax yolunda 650 olmaqla, ümumilikdə 1050 nəqliyyat vasitəsi müəyyən olunub.
 

 


MÖVZU İLƏ BAĞLI:

Postlardan geri qaytarılan maşınların sayı açıqlandı

 


Onlardan 530-u Bakı istiqamətinə, 520 nəqliyyat vasitəsi isə regionlara geri qaytarılıb.

Qeyd olunan müddətdə müvafiq istiqamətlər üzrə karantin rejimi qaydalarını pozan 20 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO